Smit ailəsinin xatirəsinə salınacaq parkın yeri müəyyənləşib - şirkətlərin seçimi davam edir

Smit ailəsinin xatirəsinə həsr olunmuş parkın yaradılması üçün bu mərhələdə şirkətin seçimi davam edir. Seçilmiş şirkət daha sonra işlərə başlayacaq.

“Marneuli” radiosuna bu barədə məlumatı Smit ailəsinin yaxını Maykl Deivid Çapman verib.

Meriya 2 oktyabr 2018-ci ildə Smit ailəsinin nümayəndələrinə parkın salınması üçün 3 yer təklif etmişdilər. Smit ailəsi Rustaveli küçəsində yerləşən 3 saylı ictimai məktəbin qarşısındakı ərazini seçmişdi. Xada dərəsində qətlə yetirilmiş ailənin xatirəsinə məhz bu yerdə park salınacaq. Qeyd edək ki, Rayan Smit qətlə yetirilənədək park yaratmağa bir neçə dəfə cəhd etmişdi.

“Hal-hazırda mən tikinti şirkəti ilə danışıram. Dövlət mənə 3 şirkət məsləhət gördü ki, mən onlarla əlaqə saxlayım və qiymət öyrənim. Sonra bu şirkətlər bütün layihə ilə bağlı məlumat və detalları təşkil edəcəklər. Mən bu layihəni dövlətə təqdim etdim onlar çox razı qaldılar. Amma dedilər ki, bu layihə məlumat formasında olmalıdır. Onlar məsləhət gördülər ki, 1 şirkətlə danışım. Qiymət üçün məlumat təşkil edəcəklər və dövlətə rəsmi olaraq təqdim edəcəklər. Sonra tikinti başlayacaq. Ona görə də hazırda mən tikinti şirkəti ilə danışıram” - Maykl Deivid Çapman dedi.

Maykl Deivid deyir ki, parkın yaradılması üçün əsas vəsaiti mərhumun ailə üzvləri ayıracaqlar. Bundan başqa “SOCAR GEORGİA” neft şirkəti ilə də danışıqlar aparılır və Smit ailəsinin yaxınları da müəyyən vəsait toplayacaqlar.

Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bələdiyyə tərəfindən parkın yaradılmasında heç bir problem yaranmayacaq.

"Ərazi ayrılıb, ikinci tərəfin gəlməsini gözləyirik. Danışıqlar aparılıb, layihəni gətirmələrini gözləyirik" - Zaur Tabatadze deyir.

Rayan Smit parkın yaradılması üçün illərlə bələdiyyədən icazə almağa çalışmışdı, lakin yerli hakimiyyət orqanları buna etiraz edirdilər. Rayan və Lora Smit ideyalarını həyata keçirə bilməmişdilər, belə ki, 7 iyul 2018-ci ildə onlar Xada dərəsində 4 yaşlı övladları ilə birlikdə ölmüş vəziyyətdə tapılmışdı. Ailənin qətlində isə 19 yaşlı çoban Malxaz Kobauri ittiham olunur ki, onun da and içmiş hakimlər tərəfindən mühakimə olunması prosesi yaxın gələcəkdə başlayacaq.

Smit ailəsi qətlə yetirildikdən sonra onların ideyasını həyata keçirmək məqsədilə Marneulidə imza toplanmışdı.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər