Temur Abazov Marneuli meriyasından 32 000 lari tələb edir
Marneulinin keçmiş meri Temur Abazov həbsdə olduğu müddət ərzində ala bilmədiyi əməkhaqqını tələb edir ki, bu da 32 000 lariyə bərabərdir. Bələdiyyə Məclisi bu təklifi bu gün, 13 mart tarixində keçirilmiş iclas zamanı arayış qismində qəbul edib.

Temur Abazov 7 ay müddətində ilkin həbsdə olub. O, Marneuli sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı rəftarda ittiham olunur. Məhkəmə Temur Abazovu 13 dekabr tarixində girov qarşılığında azadlığa buraxmışdı. 12 fevral tarixində isə Marneuli Bələdiyyə Məclisi Abazovun ərizəsi əsasında onun mer səlahiyyətlərini dayandırmışdı.

Abazov ilkin həbsdə olduğu zaman səlahiyyətlərinin dayandırıldığına görə ala bilmədiyi 7 ayın maaşının verilməsini tələb edir.

Marneuli merinin səlahiyyətlərini icra edən Zaur Tabatadzenin sözlərinə görə, meriyanın hüquq və maliyyə xidmətlərinin nümayəndələri bu məsələni araşdıracaqlar və əgər Abazovun tələbi qanunvericiliyə uyğundursa, məbləğ ödənəcək.

Qeyd edək ki, Abazovun məhkəməsi hələ tamamlanmayıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər