Marneulinin 7 kəndində daxili və kəndləri bir-birinə bağlayan yolların bərpası planlaşdırılır
Regionda həyata keçiriləcək layihələr fondunun maliyyələşdirməsi ilə Marneulidə 5 yol çəkiləcək. Bu haqda Marneuli bələdiyyə məclisinin növbədən kənar iclasında, 13 mart tarixidnə məlum olub.

Marneuli meriyasının Sahə quruculuğu və İnfrastruktur Xidmətinin rəhbəri Leri Panqan bələdiyyə məclisi iclasında deputatları regionda həyata keçiriləcək layihələr fondundan Marneulidə həyata keçiriləcək layihəllərlə tanış edib.

Ağməmmədli-Ulaşlı-Qasımlı kəndlərini bir-birinə bağlayan yol – 1 500 000 larilik layihə

İlməzli kəndinin bir-birinə bağlayan yolu – 400 000 larilik layihə

Ambarovka kəndinə gedən yol – 400 000 lariyə qədər layihə

Qaçağan kəndinin yolu – 300 000 larilik layihə

Tserakvi kəndinin daxili yolları – 250 000 larilik layihə


Yuxarıda qeyd olunan layihələrin bələdiyyədə həyata keçirilməsinə 2019-cu ildən başlanılacaq.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər