Kəndlərdə müvafiq infrastruktur olmadığından Bələdiyyə Məclisinin iclasları keçirilə bilmir – Amiran Qiorqadze

Marneuli Bələdiyyə Məclisi sədrinin iclasları kəndlərdə keçirməklə bağlı təşəbbüslə çıxışından bir il ötdü.


12 mart 2018-ci ildə Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirmişdi ki, iclaslar bələdiyyənin 18 inzibati ərazi vahidliyinin hamısında keçiriləcək.

Ancaq bu bəyanatdan bir il keçməsinə baxmayaraq, heç bir kənddə Bələdiyyə Məclisinin iclası keçirilməyib. Buna səbəb kimi Bələdiyyə Məclisinin sədri müvafiq infrastrukturun olmamasını göstərir.

“İclasların keçirilməsi üçün otaq müvafiq şəkildə təşkil olunmalıdır ki, iclas mükəmməl şəkildə keçirilsin. Kəndlərdə görüşlər isə keçirilib. Lakin iclasların keçirilməsinə gəlincə, keçirə bilmədik”, – Qiorqadze deyib və əlavə edib ki, meriyanın mülkiyyətində görüşləri keçirmək üçün əmlak yoxdur. İcarəyə yer götürülməsi isə qanunvericilikdən irəli gələrək mümkün deyil.

Baxmayaraq ki, 2018-ci ildə kəndlərdə Bələdiyyə Məclisinin iclasları keçirilmədi, məclis sədri deyir ki, belə görüşlər keçirməyi düşünürlər.

“Bizim seçicilərə hörmətimizin təzahürü olar və istəyirik ki, iclaslarda kənd sakinləri də iştirak etsin və onları narahat edən məsələlər, nə etmək istədikləri barədə söhbət edək”, – Amiran Qiorqadze bildirib.

Bələdiyyə Məclisinin sədri qeyd edir ki, güman ki, görüşləri ilk olaraq müvafiq infrastruktur olan yerlərdə keçirəcəklər. Qiorqadze görüşlərin nə vaxtdan başlayacağını dəqiq deməsə də, bildirir ki, yaxınlaşmaqda olan mer seçkilərinədək belə görüşləri planlaşdırmırlar. Çünki istmirlər ki, xalq bu görüşləri seçkiöncəsi kampaniya kimi qəbul etsin.

Marneuli Bələdiyyə Məclisinin reqlamentinin 48-ci maddisinin ikinci bəndi Bələdiyyə Məclisi sədrinə kəndlərdə iclas keçirmək hüququ verir. Həmin maddəyə görə, Bələdiyyə Məclisinin iclaslarının kəndlərdə keçirilməsi ilə bağlı qərarı Bələdiyyə Məclisi iclasda qəbul edir və ya Bələdiyyə Məclisinin sədrinin və ya Bələdiyyə Məclisi fraksiyasının təşəbbüsü ilə Bələdiyyə Məclisi bürosu növbəti iclasa qədər qərar verir və ya bələdiyyəyə daxil olan inzibati ərazi vahidliyində qeydiyyatda olan seçicilərin 1%-nin tələbi ilə belə qərar qəbul edilir.


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər