Prezidentlik çətindir ya yox? – Salome Zurabişvili Tamarisi ictimai məktəbinin şagirdinə nə cavab verdi
“Çətindir ona görə ki, prezidentlik deməkdir ki, sən tamamən azad deyilsən, azad insan kimi özünə aid deyilsən. Əvəzində bu çox böyük məsuliyyətdir, çox maraqlı və yəqin ki, həyatda nadir hallarda üzərinə götürəcəyin məsuliyyətdir və bunun üçün mən bütün seçicilərimə minnətdaram” – bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili dedi.

Gürcüstan prezidenti 19 martda Marneuliyə səfər edib və səfər çərçivəsində o, Tamarisi ictimai məktəbinə müəllim və şagirdlərlər görüşüb. Görüş zamanı şagirdlərdən biri ona sual verib.

Gürcüstan prezidenti Marneuliyə səfərindən sonra mediaya verdiyi müsahibəsində etnik azlıqların gürcü dili səviyyəsini, qeyri-maddi abidəyə çevrilə biləcək gürcü tolerantlığını və etnik azərbaycanlı və ermənilərin sülh içində bərabər yaşamasını diqqətə yetirib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər