Gürcü tolerantlığı qeyri-maddi mədəni abidə ola bilər - Salome Zurabişvili
Gürcü tolerantlığı ola bilsin UNESCO-nun qeyri-maddi mədəni abidələr statusu qazansın. Bu haqda Gürcüstan prezidenti Salome Zurabişvili bu gün, 19 martda Marneuli rayonunun Tamarisi kəndində şagirdlərlər görüşü zamanı bildirib.

Tamarisi kəndinin məktəbində etnik gürcü, azərbaycanlı və erməni şagirdlər birgə oxuyurlar. Gürcüstan prezidenti görüş zamanı deyib ki, məhz belə məktəbin olması buna nümunədir.

Gürcüstan prezidentinin sözlərinə görə, dünya üçün ən böyük problem bu gün insanların nifrətidir, onlar bir-birinə dözə bilmirlər, bəzən müharibəyə başlayırlar, bəzən isə divarlar hörürlər – “bu kiçik ölkədə bu sülhü saxlaya biliriksə və bir-birimizi nəinki başa düşür hətta sevgi də bəsləyiriksə bu ölkənin ən böyük gücüdür və bu güc sizsiniz. Məhz bu tolerantlığı biz qərar verdik ki, UNESCO-ya daxil edək və sabah qeyri-maddi abidələrdən biri gürcü tolerantlığı ola bilər” - Gürcüstan prezidenti deyir.

Salome Zurabişvili həmçinin, qeyd edib ki, tolerantlıq ümum Qafqazda qədim dövrlərdən yayılıb və onun qorunub saxlanılması olduqca vacibdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər