Həmin ölkələr arasında konflikt olmasına baxmayaraq azərbaycanlı və ermənilərin sülh içində bərabər yaşaması Gürcüstanın uğurudur - Salome Zurabişvili
Gürcüstan prezidenti Marneuliyə səfəri zamanı etnik azlıqlarların sülh içində yaşamasından danışıb.

Prezidentinin sözlərinə görə, Marneulidə müxtəlif etnos nümayəndələrinin yaşaması Gürcüstan üçün böyük dəyər və potensialdır. Zurabişvili azərbaycanlı və erməni etnik azlıqların Gürcüstanda sülh içində yaşamasını diqqətə yetirib.

“Onların ölkələri arasında hələ də konflikt olduğu halda onların birlikdə olması, birgə oxuması Gürcüstan üçün böyük uğurdur” – Salome Zurabişvili bildirib.

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün 19 martda Marneulidə qonaq olub. İlk görüşü o, meriyada keçirib.

Zurabişvili qeyd edib ki, görüşdə Marneulinin turistik potensialını və bələdyyədə bu baxımdan həyata keçirilən və ya keçiriləcək layihələri müzakirə ediblər.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər