Marneuli meriyasının PR şöbəsinin rəhbəri "Gürcü Arzusu"nun namizədi ilə işləmək üçün məzuniyyət götürdü

Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidze müvəqqəti olaraq “Gürcü Arzusu”nun Marneuli üzrə seçki qərargahının ictimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsinə təyin olunub.

Bu barədə “Marneuli” radiosuna o, özü məlumat verdi və qeyd etdi ki, bu vəzifəyə keçməsi ilə əlaqədar olaraq, sabahdan təkrar məzuniyyət götürəcək.

Mariam Xaçidze “Gürcü Arzusu”nun Marneuli meri vəzifəsinə namizədi Zaur Darğallının seçkiöncəsi kampaniyasına qoşulacaq. Seçkilər başa çatdıqdan sonra isə meriyadakı vəzifəsinə qayıdacaq.

Bu müddət ərzində Xaçidzenin meriyadakı vəzifəsini isə İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Davit Çikaidze yerinə yetirəcək.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər