Birləşmiş müxalifətin fikrincə Zaur Darğallı idmançılara hədiyyə verir
Birləşmiş müxalifət “Güc birlikdədir”-in nümayəndələri bu gün 7 may tarixində Marneulidə brifinq keçiriblər. Onlar “Gürcü Arzusu”nun mer vəzifəsinə namizədini seçkiöncəsi kampaniyasında inzibati və insan resurslarından istifadə etməkdə ittiham edirlər.

Brifinqdə Zaur Darğallının məmurlarla görüşlərinin fotolarını nümayiş etdiriblər ki, bu şəkillərdə yerli özünüidarənin üzvləri, müəllimlər əks olunub. Onlar həmçinin, Zaur Darğallının Sadaxlı idman məktəbində olduğu və idmançılara idman ləvazimatı hədiyyə etdiyi iddia olunan fotolara da irad bildiriblər.

Qeyd olunan məsələ ilə bağlı Zaur Darğallı ilə əlaqə saxladıq. O, bildirdi ki, Sadaxlıda zala sadəcə baxıb və hər hansı bir hədiyyə verməyib. Əlində idman ləvazimatı olduğu ehtimal olunan foto ilə bağlı Zaur Darğallı belə cavab verdi:

“Bunlar köhnə inventarlardır. Nə vəziyyətdə olduğunu göstərirdilər. Məşqçi dedi ki, bunlar köhnə formalardır, təxminən 10 il əvvəl aldıqlarını bildirdilər və biz də baxdıq.”

Qeyd edək ki, Sadaxlı idman məktəbinin rəhbəri müxalifət partiyasının şübhələrini aradan qaldırılması üçün meriyaya dəvət olunub.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər