Marneuli Bələdiyyə Məclisinə yeni şöbə əlavə olunacaq

Marneuli Bələdiyyə Məclisinə ictimaiyyətlə, qeyri hökumət təşkilatları və mətbuatla əlaqələr və gündür məsələləri üzrə iş şöbəsi əlavə olunacaq.


Bu barədə məlumatı Bələdiyyə Məclisinin növbədənkənar iclası zamanı Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze verdi.

Nino Beridzenin sözlərinə görə, Bələdiyyə Məclisi tərəfindən müqavilə əsasında işə götürülmüş əməkdaşlar bu məsələlər üzərində artıq çalışırlar.

“Müqavilə əsasında işə götürülmüş əməkdaş da dövlət məmurudur, lakin qeyri-peşəkar dövlət məmurudur. Onlarla daimi olmayan məsələlər üçün müqavilə bağlayırıq, lakin bu ştatın daima iş görməli olduğunu nəzərə alaraq, eyni zamanda bir müddət öncə dövlət audit xidməti bizi yoxladı və tövsiyə və qeydlərindən biri o idi ki, müqavilə əsasında işə götürdüyümüz ştatların sayı icazə veriləndən artıqdır. Məhz buna görə də bu tövsiyələri nəzərə alacağıq və bu ştatlara müsabiqənin elan olunması yolu ilə qəbul edəcəyik”, – Nino Beridze dedi.

Nino Beridze bizimlə söhbəti zamanı onu da qeyd etdi ki, yeni şöbənin yaradılması nəticəsində əlavə ştatların artırılmasına ehtiyac olmayacaq.

Marneuli Bələdiyyə Məclisi bu gün 5 iyun tarixində keçirilən növbədənkənar iclas zamanı bu dəyişikliyi dəstəklədi.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər