Marneulinin Mədəniyyət Mərkəzi Polşada tamaşa təqdim edəcək
Bu gün, 13 iyunda Marneulinin Mədəniyyət Evində “Airdzinaği” tamaşası baş tutdu.

Tamaşanın mövzusu əsasən istəyə qarşı evlilik, məhdudlaşdırılan təhsil almaq hüququ, məhdudlaşdırılmış fərdi inkişaf imkanının və social təcridə aiddir. “Airdzinaği”nin nümayişində yeni seçilmiş Marneuli meri Zaur Darğallı da gəlmişdi.

“Ümumiyyətlə erkən evlilikdən çox şey deyə bilərik. Bu böyük problemlərdən biridir və buna razılıq verən valideynlər öz övladlarının düşmanlarıdır. Bu bizim cəmiyyətin problemidir və üzərində çalışmalıyıq. Bütün uşaqların təhsil almaq və azad seçim etmək hüququ olmalıdır” - Zaur Darğallı bildirib.

Tezliklə Marneulinin Mədəniyyət Mərkəzi “Airdzinaği” tamaşasını Polşada təqdim edəcək. Mərkəzin direktoru Nato Şavişvili deyir ki, onlar qastrola 22 iyunda gedəcəklər.

“Düşünürəm ki, bizim das çox layiqli şəkildə tamaşanı qastrolda təqdim edəcək. Tamaşa Polşanın Qdanski şəhərində baş tutacaq. Polşanın təklif etdiyi layihə gənclər festivalı “Most”-dur və biz orada xüsusi qonaq status ilə təqdim olunacağıq. Ümid edirik ki, onların gözləntilərini doğruldacağıq və öz təcrübəmizi göstərəcəyik” - Nato Şavişvili dedi.

Bugünkü tamaşada yerli özünüidarə üzvləri və maraqlanan şəxslər iştirak edirdilər. Həmçinin, xüsusi jüri dəvət olunmuşdu. Çünki “Mədəniyyət Mərkəzi”-nin “Airdzinaği” tamaşası teatr mükafatı “Duruci 2019”-un müsabiqəsinə təqdim olunub. Qaliblər payızda məlum olacaq.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər