Sosial müdafiəsiz ailə üç ildir ki, meriyadan dam örtüyünün təmirini tələb edir

Xixanili Natia Beridzenin evinin 3 ildir ki, dam örtüyü yoxdur. Qar, yağış, külək və günəş otaqlarda bayırdakı kimi hiss olunur.

Beridze ailəsi güclü küləyin onların evinin dam örtüyünü qaldırdığı gündən bu yana açıq səma altında qalıblar. Ailə sosial müdafiəsizdir və öz vəsaiti ilə dam örtüyü ala bilmir.

“Yağışın altında yaşayırıq, evə yağır, amma başqa da hara getməliyəm? Kiçik qızım 8 yaşındadır. Yatağa qoyanda həmişə adyal da islanır. Yağış yağanda bəzən nəm də çəkir” – Natia Beridze deyir.

Beridze deyir ki, yerli özünüidarəetməyə dəfəlrələ müraciət edib, ancaq yetərli səbəb olmamasına görə yardımdan imtina ediblər. Natia üçün yeganə ümid yeri yenidən məktub yazmaq və yeni seçilmiş merdən yardım istəməkdir.

 


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər