"Aksiyanın dağıdılması qərarı qeyri-leqitim və düşünülməmiş qərar idi" - Giorgi Mumladze

„Hakimiyyət öz imicini, xalqın gözündə avtoritetini və hüquq mühafizəçilərinin etibarını bir adi imperialist rusun müdafiəsinə dəyişdi və onu buraya gətirdi, ali siyasi tribunadan bizimlə danışırdı” – bu bəyanatı Marneulidə yaşayan İlia Dövlət Univrsitetinin Konstitusional Araşdırmalar Mərkəzinin tədqiqatçısı Giorgi Mumladze verib. O, 20 iyunda Tbilisidə parlament qarşısında gedən aksiyanı qiymətləndirib.

Giorgi Mumladze aksiyada iştirak edənlərdən biridir.

“Gözyaşardıcı qaz buraxan zaman vəziyyət qarışdı. Dövlətin istifadə etdiyi metod qeyri-proporsional güc idi və aksiyanın dağılmasının səbəbi bu deyildi. Polis üçün də heç bir təhlküə yox idi və fiziki olaraq da qanunverici orqana xalqın girməsi mümkün deyildi, hüquq mühafizəçilər bunu yaxşı dərk edirdilər. Amma Gürcüstan hakimiyyəti aksiyanı dağıtmaq qərarını verməsi qeyri-leqitim idi” – Giorgi Mumladze deyir.

Mumladze hesab edir ki, dünən baş verən hadisələr bizi hakimiyyətin həyata keçirdiyi siyasətin yanaşmasıdır.

“Sanki işğalla bağlı tonunu yumşaltdı və sanki vacib məsələ olaraq müzakirə etmədi, yekunda isə bu vəziyətə aparıb çıxardı və Gürcüstan parlamentinə gürcülərin düşmanı daxil oldu” – Mumladze deyir.

Giorgi ümid edir ki, bunların hamısına cavabdeh ola şəxslər siyasi və hüquqi baxımda məsuliyyət daşıyırlar.

“Bizim elemntar dövlətçilik hissimiz olmalıdır ki, öz ləyaqətimizi öz ərazimidə, öz küçələrimizdə, öz dövlətimizdə qoruyaq” - Giorgi deyir.

20 iyunda etiraz askiyası Gürcüstan parlamenti qarşıısnda başladı, vətəndaşlar Gürcüstan parlamentinə rus düması deputatının daxil olmasına etiraz ediblər.

Səhiyyə nazirliyinin məlumatına görə dünən aksiyada 240 vətəndaş xəsarət alıb. Onlardan iki vətəndaşın gözü əməliyyatla çıxarılıb.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər