Meriya üç il ərzində baş verə biləcək təbii fəlakət halları üçün vəsait ayırıb
“Əgər Marneulidə təbii fəlakət olarsa, tələsikliyə yol verməmək üçün 238 240 larilik müqavilə bağlayırıq. Yol Departamenti ilə birgə tender elan etmişik və bu gün müqavilə bağlayırıq” – bu bəyanatı bu gün, 4 iyul tarixində Bələdiyyə Məclisinin növbədənkənar iclasında Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov verib və qeyd edib ki, Marneuli bələdiyyəsi təbii fəlakətlə mübarizə üçün əvvəlcədən hazırlıq görür və 3 illik müqavilə bağlayır.

Vüqar Məmmədov qeyd edib ki, əgər 3 il ərzində Marneulidə heç bir fəlakət olmazsa, qeyd olunan məbləğ başqa istiqamətə olan layihələrə sərf olunacaq.

Qeyd olunan bəyanatı deputatlar yekdilliklə dəstəkləyib. Bələdiyyə Məclisinin bugünkü iclasında yalnız 1 məsələ müzakirə edilib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər