"Mən sizi bitirəcəyəm", – Qiorqi Qaxaria VMH-a bildirib
“Bir şey demək istəyirəm: heç yerə getməyə hazırlaşmıram, mən sizi bitirəcəyəm…Sizi Gürcüstan əhalisi və seçicilər bitirəcək. Küçə müxalifətisiniz və 2020-ci ildə küçədə qalacaqsınız”, – bu bəyanatı baş nazir vəzifəsinə namizəd Qiorqi Qaxaria Parlamentdə Vahid Milli Hərəkat fraksiyası ilə görüşdə verib.

“Burada deyilənlərə gəldikdə isə, birmənalı şəkildə demək istəyirəm ki, bu VMH-ın adi simasıdır: yalan həqiqətlə əvəz olunur. Siz bunu nəinki 9 il ərzində, bu gün də edirsiniz”, – Qaxaria bildirib.

Bundan sonra VMH-ın üzvü Salome Samadaşvili iclasın dayandırılması təşəbbüsünü irəli sürüb. Onun sözlərinə görə, Qaxaria ona qədər verilən suala cavab vermək istəmirmiş. VMH-ın üzvləri ona qədər tələb edirdilər ki, buraxılış hüququ verilən fəalları Parlamentə buraxsınlar. Ancaq Parlamentin qərarı ilə onları artıq bir neçə gündür qanunverici orqana buraxmırlar. Fəallar qeyd olunan binadan kənar, etirazlarını utanc koridoru formasında bildirirlər.

Bunadək isə VMH-ın üzvü Qiorqi Qaxarianı qatil və cəllad adlandırıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər