Marneulidə yaşayış evi qarət olunub (VİDEO/FOTO)

Bu gün, 10 sentyabr tarixində Marneulinin Rustaveli küçəsində yaşayış evlərindən birində oğurluq hadisəsi baş verib.



Ev sahibinin yaxınlarının "Marneuli" radiosuna verdiyi məlumata görə, evdən 1000 lariyə yaxın pul və qızıl-zinət əşyaları oğurlanıb. Oğurluq hadisəsi zamanı evdə heç kəs olmayıb. Onlar Aşura mərasimi ilə əlaqədar olaraq məsciddə olublar.

Hadisə yerinə təcili tibbi yardım briqadası, patrul polisi və ekspert-kriminal polisləri səfərbər olunublar.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə oğurluğu nəzərdə tutur.

 


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər