İrakli Okruaşvili ədalətsiz olaraq həbs edilib – “Heç nə olmaz, İrakli, tezliklə Tbilisidə sərbəst şəkildə görüşəcəyik və aramızdakı bütün narazılıqları aşacağıq”

“İrakli, tezliklə Tbilisidə sərbəst şəkildə görüşəcəyik və aramızdakı bütün narazılıqları aşacağıq”, – bu haqda Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “Facebook” səhifəsində yazıb və İrakli Okruaşviliyə müraciət edib.



“Okruaşvili ilə münasibətim yaxşı deyil, amma onun cəsarətli olduğunu qeyd etməliyəm, onu da qeyd edim ki, Okruaşvili ədalətsiz şəkildə həbs edilib. Heç nə olmaz, İrakli, tezliklə Tbilisidə sərbəst şəkildə görüşəcəyik və aramızdakı bütün narazılıqları aşacağıq” – Saakaşvili yazır.

Bununla Saakaşvili keçmiş Müdafiə naziri İrakli Okruaşvilinin paylaşımına rəy bildirib. Okruaşvili sosial şəbəkədə bu gün paylaşım edib və Qiorqi Qaxarianın Baş-Nazir təyin olunmasını qiymətləndirib.

“Bayırda 21-ci əsrdir. Müstəqilliyin elan olunmasının 30 ili tamam olur. Bizim ölkənin isə Qaxaria və başqalarının simasında “əla” hakimiyyəti var. Ruslar və İvanişvili hesab edir ki, Qavrilov gecəsində proporsional seçkilər onlara baha başa gəlib. Bunun əvəzində isə Qaxarianı baş nazir təyin etməyə qərar verdilər. Qaxarianın baş nazir olması ilə İvanişvili və ruslar proseslərin radikallaşdırılmasına başladılar və biz hamımız bundan düzgün nəticə çıxarmalyıq ki, 2020-ci ildə necə seçkilər keçiriləcək. Müvafiq olaraq yalnız Qərbin qiymətləndirməsinə ümid etməməliyik və “düzgün” hazırlaşmalıyıq. Qaxarianın baş nazir olması ilə ruslar Gürcüstanın 20%-nin işğalını, hakimiyyətin isə 100%-lik işğalını başa vurdular. Əminəm ki, İvanişvili artıq Putinə çatdırıb ki: “Tbilisinin başında qırmızı bayraq dalğalanır”, – Okruaşvili yazır.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər