Tsulukianinin sözlərinə görə prezidentin əfv etdiyi şəxslər arasında biri axtarışdadır
Ədliyyə naziri Tea Tsulukianinin sözlərinə görə, Mariamoba bayramı ilə əlaqədar przident Salome Zurabişvili tərəfindən əfv edilən şəxslər arasında biri axtarışdadır.

“Şəxsən mən gözləyirdim ki, Pasxa bayramı və yeni ildə əfv etmə ilə bağlı prezident və ya onun administrasiyası bizim fikrimizi soruşacaqdı – bu məhbus bizdən əfv edilməsini istəyir və evdə həqiqətən övladları varmı? Həqiqətən xəstədir? Həqiqətən xərçəng xəstəliyidir ya yox? Biz bunu əvvəlki iki əfv zamanı yoxlamışıq. Bu dəfə heç ünsiyyət də qurmadılar. Mariamobada biz əfvlə bağlı birbaşa imzalanmış akt aldıq və nəticədə 24 nəfərdən 23 həbsdən azad edildir, biri azad edilmədi çünki o, bu gündə axtarışdadır” - Tsulukiani İctimai Yayımçının efirində bildirib.

Tsulukianin axtarışda olanın kimliyini qeyd etməyib, ancaq deyib ki, prezident tərəfindən əfv edilən şəxs – 2009-2010-cu ildən axtarılır.

Ədliyyə nazirinin sözlərinə görə, prezident özü əfv etmə sisteminin islahatı haqqında danışırdı, ancaq təşəbbüs yaydan dayandırılıb. Tsulukianinin sözlərinə görə, prezident qərar qəbul etməlidir ki, yanvardan sonra faktiki olaraq ləğv edilən və yalnız kağız üzərində mövcud olan əfv komissiyası lazımdır yoxsa yox. Çünki prezident komissiyadakı adamların kimliyini real olaraq qeyd etməyib.

“Bir halda ki, komissiya yoxdur, demirəm ki, komissiya pisdir. İki yol var, ya prezident qərar verməlidir ki, belə komissiya olsun. Qərar verilsə ki, komissiya olmamalıdır, o zaman ciddi meyarlar yazılamlı olacaq ki, prezidentin hansı hallarda əfv etmək hüququ olmalıdır. Çünki əfv etmək hüququ limitsiz və sərhədsiz ola bilməz, əks halda Mariamobada olduğu kimi təəssüfedici nəticəyə gedib çıxacağıq. Mariamobada qətl maddəsi ilə həbs olunan 3 nəfər əfv edildi” – Tsulukiani bildirib.

Onun sözlərinə görə əgər prezident qərar versə ki, komissiya lazımdır. Orada incəsənət adamları deyil pedaqoqlar, sosial işçilər, psixoloqlar və psixiatrlar toplaşmalıdır.

Gürcüstan prezidenti 28 avqustda 35 nəfəri əfv edib və onlar arasında 2014-cü ildə polis Taraş Mukbanyanın qətlində və 2004-cü ildə Davit Otxmezurinin qətlində ittiham olunan şəxslər də var.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər