Erməni Patriarxı Rusiyada fəaliyyət göstərən erməni jurnalistini milliyətindən məhrum edib, kilsədən onun fotoşəklini çıxararaq Araz çayına atıb
Erməni Patriarxı II Qareqin xüsusi bir mərasim təşkil edərək Rusiyada fəaliyyət göstərən jurnalist Marqarita Simonyanı milliyətindən məhrum edib. Rusiya mətbuatının yaydığı məlumata görə bu barədə məlumat 21 iyul tarixində yayılıb.
Mərasim Ermənistanın ən böyük məbədində keçirilib. Mətbuatın verdiyi məlumata görə, erməni Patriarxının bu qərarı qəbul etməsinin səbəbi Marqarita Simonyan tərəfindən erməni hökumətini tənqid etməsi, siyasətçilərin Krımın Rusiyanın tərkibinə daxil olmasını dəstəkləmələrində və ABŞ ilə birlikdə məqsədyönlü fəaliyyətdə günahlandırması olub.
II Qareqin jurnalistə Allahla erməni dilində danışmağı, eyni zamanda bütün dünya miqyasında erməni kilsəsinə daxil olmağı qadağan edib. Tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyan da din nümayəndələri və millət vəkilləri ilə birlikdə iştirak edib.
Mərasimin sonunda jurnalistinin fotosunu məbəddən çıxararaq Araz çayına atıblar.



Nikol Paşinyanın sözlərinə görə, Marqarita Simonyan öz milliyətindən karyera irəliləyişi üçün istifadə edir və özünə erməni xalqı haqqında səhv fikirlər yaymaq səlahiyyəti verir.

"Bizim millətimizin belə nümayəndəyə ehtiyacı yoxdur. ABŞ bizim strateji tərəfdaşımızdır və biz təxribatçılara bu ölkə ilə aramızdakı münasibətləri korlamağa imkan verməyəcəyik. Marqaritanın erməni olmasından və bizim gözəl və qədimi dilimizdə danışmasından əmin deyiləm. O, Krasnodarda doğulub və böyüyüb və o şəhər erməni şəhəri deyil", – deyə Ermənistanın baş naziri vurğulayıb.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər