Tbilisidəki "Nikora" mağazasının 2 işçisində koronavirus aşkar olundu - Qamkrelidze
““Nikora” mağazasının filiallarından birinin 2 işçisində koronavirusa yoluxma halı təsdiqləndi”, - deyə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “TV Pirveli”yə bildirib.

Onun sözlərinə görə, 38 yeni yoluxma halından 5-nin mənbəyi araşdırılıb, bu 5 yoluxma halından 2-si bir mağazalar şəbəkəsinin işçiləridir.

“Bu, Tibb Universitetinin qarşı tərəfində yerləşən, “Nikora” mağazalar şəbəkəsinin filialıdır. Bu mağaza ilə bağlı dərhal tədbirlər görüldü, işçi heyət dəyişdirildi, təmasda olanlar özünütəcridə keçdilər, araşdırmaları davam edir", – deyə Qamkrelidze bildirib.

Xatırladaq ki, bu gün, 2 sentyabr tarixində, Gürcüstanda koronavirusa 38 yeni yoluxma halı aşkar edilib.

"Bu 38 yeni yoluxma halının paylanması belədir - 22-si Batuminin "Dona "şirniyyat mağazasına, 7 hal - xəstələrlə təmasda olanlara, 4-ü xaricdən gələnlərə aiddir ki, bunlardan da 2-si yük maşını sürücüsüdür və 5 nəfərin təmasları müəyyən olunur", – deyə Yoluxucu Xəstəliklər Klinikasının kliniki direktoru Marina Ezuqbaia bildirmişdi.

Mənbə: publika.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər