Yeni 45 yoluxma halından 21-i Acarıstanda qeydə alınıb

Bu gün aşkarlanan 45 yeni haldan 21-i Acarıstanda təsdiqlənib.


Acarıstanın İctimai Səhiyyə Mərkəzinin rəhbəri Rusudan Şavişvilinin sözlərinə görə, onlardan 3 nəfəri Hopa bazarı ilə bağlıdır, 1 nəfər Ədliyyə Evinin əməkdaşıdır, 2 nəfərin yoluxma mənbəyi məlum deyil, qalanları isə təsdiqlənən halların təmasıdır.

“3 nəfər Hopa bazarının, 1 nəfər Ədliyyə Evinin əməkdaşıdır, 2 nəfərin yoluxma mənbəyi məlum deyil, qalan hallar təsdiqlənən halların təmasıdır. Onlar artıq özünütəcriddə yaxud karantinə olub və orada müalicə alıblar. Bu dəqiqələrdə geniş test aparılır və Hopa bazarı bağlıdır. Testin keçirilməsi üçün nə qədər vaxt lazım olarsa, həmin müddət ərzində bağlı qalacaq”, – Rusudan Şavişvili bildirib.

Şavişvilinin sözlərinə görə, Ədliyyə Evi hələ ki, bağlıdır, ancaq dünən gecə binada dezinfeksiya işləri aparılıb. Ədliyyə Evinin bütün əməkdaşlarının testdən keçirilməsi planlaşdırılır və kimin təsdiqlənən hallarla kiçik təması olubsa, onlar adi rejimdə işləməyə davam edəcəklər.

Bu gün Gürcüstanda koronavirusa 45 yeni yoluxma halından sonra yoluxanların sayı 1 729 nəfər olub. Qeyd edək ki, 45 hal ölkə üçün rekord göstəricidir.
Sağalanların sayı isə 6 nəfər artıb və 1321 nəfər təşkil edir.

Mənbə: Publika

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər