Gömrük ofisserləri böyük miqdarda narkotik və psixotrop maddə tərkibli dərmanlar aşkar edib

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük buraxılış məntəqələrində və iqtisadi ərazilərdə beynəlxalq yük daşıma həyata keçirən nəqliyyat vasitələrinin sürücülərinə və dövlət sərhəddində hərəkət edən mala yenidən nəzarət prosedurları sərtləşdirilib.



Qeyd olunan nəzarət çərçivəsində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Tbilisi Aeroportu”nun iqtisadi zonasında narkotik və psixotrop tərkibli dərmanların ölkə sərhəddindən qanunsuz keçirilməsi faktı aşkarlanıb.

Gömrük offiserləri yükün gömrük nəzarət prosedurlarını həyata keçirən zaman böyük miqdarda sərt məhdudlaşdırılmış narkotik vasitələr (20 000 ampula narkotik vasitə “Fentalin Sitrat” və 13 500 həb psixotrop dərmanlar) aşkarlayıblar.

İşin materialları sonradan reaksiya göstərilməsi üçün Gürcüstanın Daxili İşlər Nazirliyinin müvafiq xidmətinə göndərilib.

Mənbə: rs.ge

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər