Senakidə hərbi qulluqçuda virus təsdiqlənib

Senakinin 2-ci Briqadasında bir nəfərdə koronavirus təsdiqlənib.


Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, 2-ci briqadanın hərbi qulluqçusunda Covid-19 Batumidə olduqdan sonra təsdiqlənib. Yayımlanan məlumata görə, hərbi qulluqçu buraxılış zamanı Acarıstan bölgəsində olub və artan risk zonasında olması səbəbiylə hərbi bazaya yenidən qəbul edilməzdən əvvəl müəyyən edilmiş protokola uyğun olaraq müayinə edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, yoluxmuş işçinin hərbi hissənin şəxsi heyəti ilə təması olmayıb. Nəticədə ərazini karantinə almağa ehtiyac qalmayıb.

Mənbə: On

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər