Mixail Saakaşvili – "Gürcü Arzusu" "Milli Hərəkat"-dan və məndən qorxur
„"Gürcü Arzusu" "Milli Hərəkat"-dan və məndən qorxur. Mən həqiqətən ondan qorxmuram, komanda yoldaşlarım qorxmur, gürcü xalqı qorxmur və biz hər şeyə nail olacağıq", – deyə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bəyan edib.

Onun deyib ki, "onları yenə biləcəyimizi" bilirlər.

“Gürcü Arzusu” ona görə qorxmur ki biz nə isə etməyi planlaşdırmışıq – həqiqətən heç bir şey etməyəcəyik, sadəcə onları yenəbiləcəyimizi bildiklərinə görə bizdən qorxurlar. Avropanın ən böyük ölkəsində islahatlarım hər zamankı kimi müsbət və böyük alqışlarla qarşılanıbsa, Gürcüstan, ölkəm, vətənim üçün daha ətraflı və gözəl planlarımız var. Bunu bilən İvanişvilinin isə, heç bir planı yoxdur. Gürcüstanı dayandırdı, yerlə yeksan etdi, səfil etdi və indi xalqı qarışıqlıq və xaosla aldatmağa və qorxutmağa çalışır", – Saakaşvili deyib.

Onun sözlərinə görə, İvanişvilinin seçkilərdə məğlub olduğu aydındır.

“Düşünürəm ki, hər şey gün kimi aydındır. İvanişvili seçkiləri uduzur və bunu dəqiq bilir və rejimin hakimiyyəti dinc yolla təhvil vermək istəmədikləri bir vaxtda etdikləri tək şey yalan, saxtakarlıq və zorakılıqdır. Buna dinc yolla hakimiyyətin ötürülməsi ilə cavab verməliyik, hamımız seçkilərə səfərbər olmalıyıq, döyüşkən olmalıyıq, birlik içində olmalıyıq və qarışıqlıq, xaos və narahatlıq istəmələrinə baxmayaraq onlara sakitcə cavab verməliyik, buna imkan verməməliyik", – Saakaşvili "TV Pirveli" telekanalının efirində deyib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər