Nika Melianın vəkillərinə parlamentə girməyə icazə verilmir
"Ruslaşdırmanın 9-cu ili" - bu şüarla vətəndaş hərəkatının üzvləri Gürcüstan parlament binasının arxa girişində mitinq keçirirlər.

Bu gün parlamentdə keçiriləcək prosesə, dəqiq desək, Gürcüstan parlamentinin "Milli Hərəkat" lideri Nika Melianın parlament mandatının dayandırılması məsələsinə etiraz etdiklərini bildiriblər.

Nika Melianın vəkilləri Qiorqi Kondaxişvili, Dito Sadzaqlişvili və Beka Basilaia parlamentə gediblər, lakin binaya girmələrinə icazə verilməyib və onlar hələ də binanın qarşısında dururlar.

Beka Basilaianın "İnterpressNews"-a verdiyi məlumata görə, onların parlamentə buraxılmamağın səbəbi prokurorluğun və əksəriyyətin müdafiə tərəfinin tənqidi fikirlərini dinləmək istəməmələridir.

"Heç bir səbəb söyləmədilər, buraxılış bürosuna getmək üçün müraciət etməyimizə belə imkan vermirlər. Parlamentin daxili nömrələri də cavab vermir. Bundan əlavə, icazələrdən məsul şəxslə əlaqə saxladıq, lakin o bizə bu məsələyə səlahiyyətinin çatmadığını, lazımi yerlərə xəbər verəcəyini söylədi. Ancaq hələ də bizə bir cavab verilməyib, bu absurd və utanc vericidir. İnsanın toxunulmazlığı və səlahiyyəti mövzusu müzakirə olunur və müdafiə tərəfinin iştirakına icazə verilmir. Təqsirləndirən tərəf, əksəriyyət bizim tənqidi suallarımızla, hüquqi arqumentlərimizlə müzakirə aparmaq istəmirlər ki, narahatçılıq yaranmasın. Parlamendə gələcəyimiz təqdirdə bunları edəcəyimizi vəd etmişdik, ona görə də indi bizi içəri buraxmırlar", – deyə Beka Basilaia bildirib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər