Arçil Talakvadze parlament sədrliyindən istefa verib
Arçil Talakvadze parlament sədri vəzifəsindən istefa verib. Bu barədə "Gürcü Arzusu"-nun ofisində keçirilən brifinqdə bildirib. Artıq "parlamentdə təmsil olunan müxalifət" olduğu üçün yerini salonda spiker vəzifəsində görmədiyini söyləyib.

"Bir neçə ay davam edən gərgin danışıqların başa çatdığını nəzərə alsaq, partiya sədri ilə birlikdə "Gürcü Arzusu" partiyasını təmsil etdiyimə görə parlamentdəki sonrakı siyasi prosesi düzgün şəkildə aparmaq üçün spiker vəzifəsindən ayrılmaq və parlamentdə daha bitərəf bir adamın namizədliyinin irəli sürülməsi daha düzgün olar.

Dəyişiklik etməyə qərar verdik. Artıq Parlamentdə bir nümayəndə müxalifətimiz olduğuna görə, mənim yerim spiker vəzifəsində deyil, həmkarlarımın yanında, salondadır. 9-cu və 10-cu çağırış parlamentlərinin sədri işləmək mənim üçün böyük şərəf idi. Dəstəyə görə komandaya və həmvətənlərimizə təşəkkür edirəm. Birlikdə çalışmağa və gələcək qələbələr üçün mübarizə aparmağa davam edəcəyik!",
– deyə Talakvadze bildirib.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər