"Gürcü Arzusu"-nun araşdırmasına görə, seçkilərin ilk turunda Kaladze qalib gələcək, Qaxaria isə üçüncü olacaq
"Gürcü Arzusu"-nun keçirdiyi sorğunun nəticələrinə görə, Tiflis meri seçkilərində 56,1% Kaxa Kaladzeni dəstəkləyir və nəticədə birinci turda qalib gələcək.

Sabah Tbiloso Mer seçkiləri keçirilsə, hansı namizədə səs verərdiniz sualına verilən cavablar aşağıdakı kimi paylanıb:
  • Kaxa Kaladze (Gürcü Arzusu) -56,1%
  • Nika Melia (Vahid Milli Hərəkat) - 28,3%
  • Qiorqi Qaxaria (Gürcüstan Naminə) - 6,2%
  • Ana Dolidze (Xalq üçün) - 2,2%
  • Ana Bibilaşvili (Cəhd edin) - 1,9%
  • Giorgi Lomia (Vətənpərvərlər İttifaqı) - 1,3%
  • Tamar Kekenadze (Üçüncü Güc) - 0,9%
  • Mixeil Kumsişvili (İşçi Partiyası) - 0,7%
  • Digər namizədlər - 2,4%
Eyni sorğuya görə, "Gürcü Arzusu" partiya reytinqində 48,6% ilə birinci yerdədir.

"Gürcü Arzusu"-dan verilən məlumata görə, sorğu Tbilisidə partiyanın sosioloji qrupu tərəfindən keçirilib. Sosioloji tədqiqat işləri 4-8 sentyabr tarixlərində aparılmışdır. Xəta payı 3%-dir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər