Parlamentin Avropaya İnteqrasiya Komitəsinin sədri Maka Bocorişvili
bildirib ki, avropalı deputatlar oktyabrın 30-na təyin edilmiş
özünüidarə seçkilərinin ikinci turunu müşahidə edəcəklər.
Bu barədə o, bu gün, oktyabrın 19-da, Milli Məclisin plenar
iclasında bildirib.
“Avropa Parlamentinin deputatları Gürcüstanda
keçiriləcək yerli seçkilərin ikinci turunu müşahidə edəcəklər.
Avropalı tərəfdaşlarımız seçkilərin ikinci turunun sülh şəraitində
və beynəlxalq standartlara uyğun keçiriləcəyini
gözləyirlər", - deyə Maka Boçorişvili bildirib.
Avropa Parlamentinin 7 nəfərdən ibarət nümayəndə heyəti 2 oktyabr
yerli özünüidarəetmə seçkilərini müşahidə etmək üçün Gürcüstanda
olub.
Seçkilərin ikinci turu oktyabrın 30-na təyin edilib.