Ət istehlak bazarına QR kodu ilə çıxarılacaq
Milli Qida Agentliyinin təşəbbüsü və FAO-nun Heyvanların Eyniləşdirmə-Qeydiyyat Sistemi (NAITS) layihəsinin dəstəyi ilə ət istehlak bazarına QR kodu ilə çıxarılacaq. Bununla əlaqədar olaraq, Milli Qida Agentliyi ölkə üzrə kəsim məntəqələrini müvafiq texniki avadanlıqlarla təmin edəcək.

Milli Qida Agentliyinin rəis müavini Vasil Basiladze qeyd edib ki, ətin QR kodu ilə bazara çıxarılması inkişaf etmiş ölkələrdə sınanmış təcrübədir və hazırda Gürcüstanda da mümkündür.

"Bu, istehlakçıların maraqlarının qorunması və məlumatlılığın artırılması istiqamətində irəliyə doğru daha bir addımdır", - Basiladze bildirib.

Müəssisə operatorlarının maarifləndirilməsi və proqramın səmərəli həyata keçirilməsi məqsədilə heyvan kəsimi məntəqəsinin əməkdaşlarına təlimlər keçirilib.

Mövcud qanunvericiliyə əsasən, ətin etiketlənməsi məcburidir, lakin bundan əlavə, etiketdə QR kodu olacaq ki, bu da müştəriyə və ya maraqlanan şəxsə mobil proqram vasitəsilə heyvan haqqında əlavə məlumat (mənşə yeri, vizual məlumatlar, kəsilmə tarixi və s.) əldə etməyə imkan verəcək.

Avropa İttifaqının tələblərinə uyğun olaraq, Milli Qida Agentliyi 2012-ci ildən heyvanların identifikasiyası prosesini həyata keçirir. 2017-ci ildən isə FAO Heyvanların İdentifikasiyası Sistemi (NAITS) layihəsinin dəstəyi ilə heyvanların elektron qeydiyyatı proqramı və inteqrasiya olunmuş məlumat bazası tətbiq edilib ki, bu da mühasibat uçotunun və izlənilmənin təkmilləşdirilməsinə kömək edib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər