DTX - Mecvrisxevi kəndi yaxınlığında Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz saxlanılan azyaşlı Gürcüstan vətəndaşı azaddır
Bu il noyabrın 1-də Mecvrisxevi kəndi yaxınlığında işğal olunmuş ərazidə Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz saxlanılan azyaşlı Gürcüstan vətəndaşı azaddır və mərkəzi hökumətin nəzarətində olan ərazidədir. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qurumun açıqlamasında bildirilir ki, qanunsuz saxlanma barədə məlumat daxil olduqdan sonra dərhal “qaynar xətt” işə salınıb və mərkəzi hakimiyyətin sərəncamında olan bütün mexanizmlər işə salınıb. Məlumat Cenevrə Beynəlxalq Müzakirələrinin həmsədrləri və beynəlxalq tərəfdaşlarımızla paylaşılıb.

“Gürcüstanın işğal olunmuş rayonlarında və işğal xətti boyunca həyata keçirilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür.

Mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə istər işğal olunmuş Sxinvali bölgəsi, istərsə də işğal olunmuş Abxaziya istiqamətində qanunsuz həbsdə olan bütün şəxslərin azad edilməsi üçün fəal işləməyə davam edir”,
- məlumatda qeyd olunur.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər