Nika Qvaramianın Marneulilərə minnətdarlıq məktubu
Mülki fəal Samirə Bayramova “Mtavari kanalının” baş direktoru Nika Qvaramianın məktubunun fotolarını yayımlayıb.

"Mənim əziz Marneulilərim!
Sizin dəstək aksiyasına baxdım və sevincli, həm də çox xoşbəxtəm. Bir də istəyirəm, biləsiniz ki,( sizlərdən çoxunu yəqin bilirisiniz də) sizin icmanı çox sevirəm və ən əsas bizim vətən üçün etdiyim qürurlanası iş məhz sizin icma ilə bağlıdır - etnik azlıqlar üçün vahid milli imtahan (1+4) proqramı. Sizin vətənpərvərliyinizlə, gürcü dilinzlə fəxr edirəm.
Mənimçün çox sevindiricidir!
Çox sağ olun və çıxan kimi məni mütləq Azərbaycan mətbəxinin təamlarına dəvət edin. Qoyun ətini xüsusilə sevirəm. Toplaşaq və bir birimizi yaxından tanıyaq. Ceyhun görüşümüzü təşkil edəcək.
Öpürəm",
– Nika Qvaramia Rustavi 12 saylı cəzaçəkmə müəssisəsinin 212-ci bölməsi dən yazıb.

10 noyabr tarixində, etnik azərbaycanlı icmanın dini və ictimai təşkilatları, yerli media və mülki fəallar Gürcüstan Prezidentinə Nika Qvaramianın azad edilməsi tələbi ilə müraciət ediblər. Petisiyada qeyd olunub ki, son günlərdə azad media və ictimai sektora məqsədyönlü hücumlar olunur. Hakimiyyət isə tənqidi mediaya qarşı dözümsüzlük göstərir və əsassız səbəblərə görə, ictimaiyyət qarşısında onların fəaliyyətini etibarsız göstərməyə çalışır.


Tbilisi Appelasiya Məhkəməsi “Mtavari Kanalının” təsisçisi Nika Qvaramianı həbsdə saxlayıb.

Qvaramianın appelasiya şikayətini hakimlər Merab Corbenadze, Lavrenti Mağlakelidze və Davit Mamiseişvili müzakirə edirdilər.

Appelasiya Məhkəməsinin qərarından sonra çox sayda siyasətçi və ya təşkilat Nika Qvaramianı əfv etməsi üçün Prezident Salome Zurabişviyə müraciət edib.

Prezident 2 iyunda, Qvaramia yeni həbs olunanda bildirmişdi ki, məhkəmənin qərarını qiymətləndirməyəcək, ancaq demişdi ki, bu “siyasi baxımdan zamanında baş vermişdi”

2 noyabr tarixində, “Gürcü Arzusunun” sədri İrakli Kobaxidze bildirib ki, prezident Qvaramianı əfv edərsə “bu prezident institutunun təhqir edilməsi olacaq”

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024