Stasionar müalicə müəssisələrində və özünütəcriddə olan şəxslər səyyar qutu vasitəsilə səs verə biləcəklər – MSK
Stasionar müalicə müəssisələrində və özünütəcriddə olan vətəndaşlar 2020-ci ilin Parlament seçkilərində daşınan qutu vasitəsilə səs verə biləcəklər.

Mərkəzi Seçki Komissiyasının veb-səhifəsində yayımlanmış məlumata görə, stasionar müalicə müəssisələrində və özünütəcriddə olan vətəndaşlar üçün səsvermə prosedurasını hazırlayan işçi qrupuna seçki administrasiyasının, siyasi partiyaların, mülki sektor və beynəlxalq təşkilatların nümayəndələri daxildir.

Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış sənəd əlavə qeydlər üçün işçi qrupunun üzvlərinə artıq göndərilib. Mərkəzi Seçki Komissiyası qeyd olunan məsələ ilə bağlı yaxında keçiriləcək iclaslarda qərar qəbul edəcək.

“Seçki administrasiyası stasionar müalicə müəssisələrndə və təcriddə olan seçicilərə Seçki Komissiyasının xüsusi qruplarının xidməti ilə seçkilərdə iştirak etməyi təklif edir. Mərkəzi Seçki Komissiyası bələdiyyələrdə Dairə Seçki Komissiyalarının fəaliyyəti çərçivəsində ən az bir seçki məntəqəsi yaradacaq və xüsusi qruplar toplayacaq.

Xüsusi qrup nümayəndələri stasionar müalicə müəssisələri və karantində olan seçicilər üçün səyyar qutu aparmağı təmin edəcəklər. Belə ki, özünütəcriddə olan, göstəriciləri rəsmi şəkildə müvafiq məlumat bazasında olan seçicilərin seçki administrasiyasına səyyar qutu xidməti üçün müraciət etmək imkanı var”, –
Mərkəzi Seçki Komissiyasının bəyanatında yazılıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, xüsusi qrupun hər bir üzvü, həmçinin seçki prosesinin bütün iştirakçıları müvafiq geyimlərlə, birdəfəlik xalat, maska, əlcək, sanitar-gigiyenik vasitələrlə təmin olunacaq.

Xüsusi məntəqə üzvlərinin adi seçki məntəqələri ilə əlaqəsi olmayacaq. Səyyar qutunu müşahidə etmək imkanı isə Gürcüstan qanunvericiliyinə əsasən müşahidəçilərə, mətbuat və seçki subyektinin nümayəndələrinə veriləcək.

Səyyar seçki qutusundakı səslərin hesablanması xüsusi olaraq yaradılmış seçki məntəqəsində olacaq.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024