Tbilisidə qrup tərəfindən törədilmiş zorakılıq, iki nəfərin sağlamlığına qəsdən ağır zərər vurma və odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılması-daşınması ittihamı ilə iki nəfər saxlanılıb
Tbilisidə qrup tərəfindən törədilmiş zorakılıq, iki nəfərin sağlamlığına qəsdən ağır zərər vurma və odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılması-daşınması ittihamı ilə iki nəfər saxlanılıb.

Bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayımlayıb.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Rayon İdarəsinin və Tbilisi Polis Departamentinin Xəfiyyə İdarəsinin əməkdaşlarının birgə apardığı operativ əməliyyat nəticəsində 1962-ci il təvəllüdlü M.X.
və 1980-ci il təvəllüdlü M.Q. Tbilisidə saxlanılıb.

M.X. Tbilisi şəhərində, Çavçavadze küçəsi 83 ərazisində mütəşəkkil qrup tərəfindən törədilmiş zorakılıqda, M.Q isə iki nəfərin sağlamlığına qəsdən ağır zərər vurma və odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılması-daşınmasında ittiham edilir.

İstintaq nəticəsində məlum olub ki, müttəhim M.X. mübahisə zamanı 1988-ci il təvəllüdlü V.K-ya qarşı fiziki güc tətbiq edib. M.Q. isə bıçaq və odlu silahdan istifadə edərək 1980-ci il təvəllüdlü Q.C. və 1994-cü il təvəllüdlü İ.P-nın sağlamlığına qəsdən zərər vurub.
Polislər M.Q.-nın yaşadığı mənzildə axtarış aparan zaman cinayətdə istifadə olunmuş silahları – bıçaq və tapançanı maddi dəlil kimi müsadirə ediblər.

M.X.-ya qarşı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci prima hissəsinin “b” bəndi ilə istintaq aparılır. Həmin maddə mütəşəkkil qrup tərəfindən törədilmiş zorakılığı nəzərdə tutur.

M.Q.-ya qarşı isə Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin yeddinci hissəsinin “a” bəndi və 236-cı maddəsinin üçüncü və dördüncü hissələri ilə istintaq aparılır. Həmin maddələr iki, yaxud daha çox şəxsin sağlamlığına qəsdən zərər vurmanı və odlu silahın qeyri-qanuni şəkildə əldə edilməsi-saxlanılması-daşınmasını nəzərdə tutur”,
– DİN-nin məlumatında qeyd olunur.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google