Senaki kəndlərindən birində 12 yaşlı qız ölü tapılıb
Yerli KİV-in məlumatına görə, dünən Senakinin Potsxo kəndində azyaşlı qız ölü
tapılıb. Yerli media kənd sakinlərinə istinadən bildirir ki, uşağın intihar etdiyi iddia edilir.

Daxili İşlər Nazirliyi hadisənin təfərrüatları barədə danışmasa da, ölmüş azyaşlı qızın tapıldığını və hadisə ilə bağlı araşdırmalara başlandığını təsdiqləyirlər.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google