Qızılhacılıda əhali toyda güman ki, qidadan zəhərlənib
Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində toyda əhali zəhərlənib. "Marneuli" radiosuna "Geo Hospitals" klinikasının direktoru Tata Şenqelia bildirib ki, əhali kütləvi şəkildə dünən gecə, 20 iyunda xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya 12 nəfər aparılıb onlar arasında uşaqlar da var. Zəhərlənmə diaqnozu artıq təsdiqlənib səbəb isə məlum deyil. Versiyalardan biri kimi qidanı qeyd edirlər. Klinikadan izah edirlər ki, bütün xəstələr evə göndərilib.

"Marneuli" radiosunun məlumatına görə həmin kənddən uşaqları Marneulinin pediatr klinilasına da aparıblar. Klinikanın rəhbəri zəhərlənmə ilə xəstələrin qəbul olunmasını təsdiq edir ancaq bunun toydakı hadisə olub olmamasını təsdiq etmir.

Print Email
FaceBook Twitter Google