“Bu gün mənim xidmətim vətənimə lazım olarsa Mən Hazıram” – Faril Məmmədov 8 avqust müharibəsini xatırladı
Marneuli sakini Faril Məmmədov 1993-cü ildən, 2011-ci ilədək Gürcüstan Hərbi Hava Qüvvələrində xidmət göstərib.

Faril Məmmədov 2008-ci ildə Rusiya ilə Gürcüstan arasındakı, müharibəni xatırlayır. Məmmədovun sözlərinə görə, o, həmin vaxt Kutaisi hava limanına uçmalı olub və qırıcı təyyarələri müharibə üçün hazır vəziyyətdə saxlayıb.

F.Məmmədov deyir ki, “Rus okupanları Kutaisidə Kopitnari aerodromunu bombalayanda mən də orada idim, sonra bizi bir həftəlik təhlükəsiz meşəyə apardılar və orada bir həftə ərzində qalmalı olduq”

Marneulidə də qırıcı təyyarələrin əsgərlər tərəfindən hazır vəziyyətdə dayandığını deyən Faril Məmmədov həmin günü “Təəssüf” içində xatırlayır deyir, “İtirdiyimiz hərbiçilərimizə, torpaqlarımıza heyfislənirəm”

O, qeyd etdi ki, rus hərbi qüvvələri siyasi cəhətdən doğru olmayan addım atıblar.

“Mənimlə birlikdə Kutaisidə xidmət göstərən hərbiçi yoldaşım həyatını itirdi. Atılan bomba onunla yaxın məsafəyə düşmüşdü. Marneulidən də olan yoldaşlarımızı itirdik”

F.Məmmədov alınmış torpaqlar və vətən uğrunda döyüşməyə hazır olduğunu bildirdi.

Qey edək ki, Faril Məmmədov vətənə xidmət etdiyinə görə 1-ci dərəcəli medalla təltif olunub.

Xatırladaq ki, bu gün 2008-ci il müharibəsindən 11 il ötür və müharibə zamanı rus güllələri 224 nəfər mülki şəxs, 14 nəfər Daxili İşlər Nazirliyi əməkdaşı və 170 nəfər Müdafiə Nazirliyi hərbçisinin – o cümlədən 22 zabit, 133 kapral və serjant, 10 ehtiyatda olan hərbçi, 3 könüllü və bir sıravi əsgərin həyatına son qoydu. Ən çox itki isə silahlı qüvvələrin IV piyada briqadası verdi.


Print Email
FaceBook Twitter Google