Marneulidə sıradan çıxmış kanalizasiya quyusunun təmir edilməsi üçün məsuliyyət daşıyan təşkilat müəyyən deyil
Natəmizlik, üfunətli qoxu və çirkab, Marneulidə “Ata Holding” idman mərkəzinin ətraf ərazisində vəziyyət belədir.

Artıq bir neçə gündür ki, bu küçədə kanalizasiya borusu sıradan çıxıb və bu əhalini narahat edir.


17 sentyabr tarixində Marneuli Meriyasına “Ata Holding” mərkəzindəki təşkilatların birindən sıradan çıxmış kanalizasiya borusunun təmir edilməsi tələbi ilə bağlı məktub göndərilib. Marneuli Meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidzenin sözlərinə görə, ərizə müvafiq şöbəyə göndərilib və güman ki, tezliklə məsələni araşdırmağa başlayacaqlar.

Sıradan çıxmış kanalizasiya quyusunun meriyanın balansında olması yaxud özəl mülkə çevrilməsi araşdırılmalıdır.

Print Email
FaceBook Twitter Google