Marneuli meriyası 10 oktyabr tarixində “Şərab festivalı” keçirməyi planlaşdırır

Meriya tərəfindən elan olunmuş tenderə əsasən festivalın təşkil olunması üçün 23 927 lari xərclənəcək.



Tender sənədlərinə görə, festivalda üzümün sıxılması üçün istifadə edilən qab qoyulacaq ki, burada da üzüm əziləcək. Bundan başqa palıd ağacından hazırlanmış çəlləklər, tuluq və musiqi ifaçısı, ənənəvi süfrə və festivalın məzmununa uyğun müxtəlif əşyalar olacaq.

Marneulidə şərab festivalı 2016-cı ildən keçirilir. Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mariam Xaçidzenin bizimlə söhbəti zamanı bildirdiyinə görə, festivalda Marneulidə fəaliyyət göstərən müəssisələr iştirak edəcək.

“Bu festival Marneulinin tanıdılması və burada aşkar olunmuş arxeoloji abidənin populyarlaşdırılması baxımından çox mühümdür. Bundan başqa, bu şərab istehsalı və üzümçülüyün inkişafı üçün yerli şərabçılar və istehsalçılara bir növ stimuldur”, – Mariam Xaçidze deyir.

Meriya Şərab festivalının keçirilməsi üçün 23 sentyabr tarixində tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 29 sentyabrdan 1 oktyabradək öz təkliflərini təqdim edə bilərlər.

 

Print Email
FaceBook Twitter Google