Marneulidə oğurluq - Ailənin dediyinə görə külli miqdarda pul oğurlanıb
Bu gün, 28 sentyabr tarixində saat 11:00 radələrində Marneuli rayonu Mazniaşvili küçəsində oğurluq hadisəsi baş verib.

Hadisə zamanı qızıl zinət əşyaları və 15 000 lari məbləğində pul oğurlanıb. Zərərçəkən ailənin üzvünün "Marneuli" radiosuna verdiyi məlumata görə, səhər saat 10:06-da ailənin üzvləri evdən çıxaraq işə yollanıblar. Təxminən 45 dəqiqə sonra ev sahibi qayıtdığında evinin pəncərəsinin açıq olduğunu görüb. O, otağa daxil olduğunda döşəmədə çirkli ayaq izlərini görüb. Ev sahibi dərhal polisə zəng edib. Hadisə yerinə polis əməkdaşları və ekspertlər cəlb olunub.

"Səhər 11-ə işləmiş yoldaşım məni işə apardı. 45 dəqiqə ancaq keçmişdi, yoldaşım çörək alıb evə qayıdıb və mənə zəng vurdu ki, evə oğru girib. Evdən qızıl əşyaları və 15000 lari oğurlanıb. Qapılar bağlıydı, ayağı palçıqlı mətbəxin pəncərəsindən içəri otağa keçiblər. Yoldaşımın gəldiyini eşitdikdə pəncərədən bağa düşərək qaçıblar. Evdə heç kim yox idi. Kimdirsə işə getdiyimi, qayıtdığım vaxtı dəqiq bilirmiş", - ev sahibi deyir.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata əsasən, başqasının mənzilinə qanunsuz girmə yolu ilə oğurluq faktına görə 177-ci maddənin 3-cü hissəsinin (c) maddəsi ilə istintaq davam edir.

Print Email
FaceBook Twitter Google