Şulaveri 2 saylı ictimai məktəbinin şagirdləri kitabxana üçün kitablar toplayırlar

Şulaveri 2 saylı ictimai məktəbinin şagirdləri və müəllimləri məktəbin həyətində kiçik kitabxana qurublar.



Şulaveri 2 saylı ictimai məktəbinin kitabxanası məktəb binasının qəzalı vəziyyətə düşməsindən sonra bağlanıb və uşaqları həmin kəndin 1 saylı ictimai məktəbinə, ikinci növbəyə keçiriblər.

Doqquzuncu sinid şagirdi İura Qumaşiani məktəbdə kitabxana qurmaqla maraqlanan şagirdlərdən biridir. O, deyir ki, kitabları çox sevir və başqa uşaqların da oxumağı onun kimi sevməyini istəyir.

“Bu rəfi qoymağın ilk məqsədi kitabın məşhurlaşdırılmasıdır. Şagird bu rəfi gördükdə bu ona motivasiya verəcək ki, daha çox kitab oxusun” – İura Qumaşiani deyir.

Doqquzuncu sinif şagirdi olan oğlan əsasən fantaziya ilə maraqlanır. Onun sevimli kitabı “Harri Poterdir” və kitabları məktəbin kiçik kitabxanasına aparmağı planlaşdırır.

İura kimi onun sinif yoldaşı Ləman da kitablarla maraqlanır. Onun dediyinə görə məktəbdə belə fəallığı ilk dəfə keçirirlər. Ləman ən çox qorxu janrında olan kitabları xoşlayır.

“Burada hər janrda kitablar olacaq. Bir-birindən fərqli, müxtəlif yazıçıların kitabları və elmi kitablar da gətirəcəyik. Kitablar evdə boş vaxtımızda oxumaq üçün olacaq” – Ləman Mədətova deyir.

Bu gün, 1 oktyabr tarixində məktəbin həyətin qoyulan kiçik kitab rəfi həmişə açıq olacaq, ancaq ona dair cavabdehliyi müəllimlər və sinid rəhbərləri daşıyacaqlar.

Bizimlə söhbət zamanı Şulaveri 2 saylı ictimai məktəbinin riyaziyyat müəllimi Elvir Həsənovun bildirdiyinə görə, ictimaiyyəti xilas etmək məktəbdən başlayır və məhz buna görə uşaqların kitablarla sıx əlaqəsi olmalıdır.

“Bizim kitabxanaya hər bir istəyi olan şəxs kitab gətirə bilər. Mən dostlarıma da dedim ki, bizə kitab versinlər. Uşaqlar da müxtəlif ədəbiyyat gətirəcəklər” – Elvir Həsənov deyir.

Şulaverinin 2 saylı ictimai məktəbinin kitabxanasına hər bir istəyi olan şəxs kitab apara bilər. Şagirdlər və müəllimlər isə ümid edirlər ki, kitabxanada çox sayda kitab artacaq və uşaqların müxtəlif ədəbiyyatla tanış olmaq imkanı olacaq.

 

Print Email
FaceBook Twitter Google