Marneuli Bələdiyyəsinin uşaq bağçalarına köməkçi pedaqoqlar əlavə oluna bilər

Marneuli Bələdiyyəsinin uşaq bağçalarınə köməkçi pedaqoqlar əlavə oluna bilər. Bu haqda "Marneuli" radiosunun 3 saylı uşaq bağçasında mövcud olan problemlə bağlı süjet hazırlamasından sonra daha fəal söhbətlər aparılmağa başladı.

Pedaqoq tək başına idarə etdiyi vəziyyətlə bağlı açıqd danışdı. Qırxa yaxın iki yaşlı uşaqlar üçün yetərli sayda çarpayı da yoxdur. Həmin bağçanın rəhbəri Ketevan Minadze bu gün deyir ki, valideynlər uşaqlarını bağçadan çıxarmaq məcburiyyətində qalıblar.

“Çox adam uşağını çıxardı və say azaldı, indi vəziyyət yaxşıdır. İndi neçə uşaq varsa o qədər də çarpayı var. Köməkçilərin qəbul edilməsi məsələsi müzakirə olunur”, – Ketevan Minadze deyir və qeyd edir ki, məsələn, indi qrupda 40 uşaq əvəzində 32 uşaq var.

“32 uşaqdan indi 26,27 uşaq gəlir. Amma köməkçi yenə də lazımdır çünki bir müəllimin 15 yetirməsi olmalıdır”, - Ketevan Minadze deyir.

Minadzenin sözlərinə görə, bağça haqqında "Marneuli" radiosunun hazırladığı sujetdən sonra bir neçə təşkilat monitorinq məqsədi ilə bağçaya gedib. Onlardan biri Xalq Müdafiəçisi Aparatıdır.

Mövcud problemlər 3 saylı uşaq bağçasından başqa bələdiyyənin digər bağçalarında da var. Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmovun sözlərinə görə köməkçi müəllimlərin qəbul edilməsi haqqında artıq Marneuli meri ilə də danışıblar.

“Merlə də söhbətimiz oldu ki, Meriyanın imkanı olsa hər qrupa bir köməkçi əlavə olunsun. Əgər bu il alınmazsa yalnız kiçik yaşlı qruplara əlavə ediləcək. Bunların hamısı maddi vəziyyətə bağlıdır”, - Zaur Kərəmov dedi.

Kərəmovun sözlərinə görə, bələdiyyənin bütün bağçalarında köməkçilərin qəbul edilməsi planlaşdırılır.

Marneuli bələdiyyəsnin 14 bağçada da köməkçi pedaqoq qəbul etmək üçün maddi imkanı var yoxsa yox – bu məsləni aydınlaşdırmaq üçün Marneuli meri ilə hələ də əlaqə saxlaya bilməmişik.

Ancaq Maliyyə-Büdcə Xidmətindən bildirirlrər ki, onlara məbləğin ayrılması ilə bağlı məlumat hələ verilməyib.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google