Marneulidə keçiriləcək şərab festivalında hansı tədbirlər planlaşdırılır
Sabah, 10 oktyabr tarixində Marneuli saat 12:00-dan şərab festivalına ev sahibliyi edəcək.

Marneuli bələdiyyəsi yerli özünüidarəetmənin təşkilatçılığı, Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatının dəstəyi ilə Marneulidə şərab festivalı 2019 – “Marneuli üzüm beşiyi” adlı festival keçiriləcək.

Nəzərdə tutlan tədbirlə bağlı məlumat yerli bələdiyyə yayıb.

Orta şərab istehsalçısı olan şirkətlər və ailələr öz məhsullarını gələn qonqlara təqdim edəcəklər.

Həmçinin festivalda gürcü şərabı, bal, pendir və başqa kənd təsərrüfatı məhsullarının sərgi-satışı da təşkil olunacaq.

Şərab festivalı zamanı təntənəli şəkildə üzüm sıxılacaq, tatara qaynadılacaq və sucuqlar hazırlanacaq. Festivalda parçalanmış təpədən aşkarlanan əşyaların sərgisi keçiriləcək. Tədbir çərçivəsində küp hazırlanması ilə bağlı master-klasslar keçiriləcək.

Əl əşyalarının sərgi və satışı baş tutacaq. Gürcü cüdoçularının turniri keçiriləcək.

Saat 14:30-da isə “Parçalanmış təpəyə” səfər ediləcək və orada foto-sərgi keçiriləcək. Təqdimatçı yerində tarixi məlumatlar verəcək və dünyada üzümçülüyün ilk mənbəyi haqqında danışacaq.

Print Email
FaceBook Twitter Google