Xəbərlər
Yeniyetmə olarkən hansı arzuları var idi? Marneuli bazarında işləyən qadınların xatirələri - SORĞU
Bu gün, 11 oktyabr tarixində dünyanın bir çox ölkələrində “Beynəlxalq Qızlar Günü” qeyd olunur.

Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nikahlarına həsr olunub. Bu günü qeyd edən ölkələr arasında Gürcüstan da var. Təbii ki, Gürcüstanda, eləcə də Marneulidə yetkinlik yaşına çatmadan erkən evlilik qurbanı olan qızlar az deyil. Yetkinlik yaşına çatmadan evlənən qızların uşaqlıqda qurduqları xəyalları əllərindən alınır və onlar istəmədikləri həyatı yaşamağa məcbur olurlar. Buna görə də Marneulili qadınların uşaqlıqda hansı arzularının olub-olmaması ilə bağlı “Marneuli” radiosu olaraq sorğu keçirdik. Onların arzusunda olub çata bilmədikləri arzuları ilə tanış olduq.

Uşaqlıq arzuları əlindən alınan Marneulili qadınlar hər səhər saat 7:00-da Marneuli bazarına gəlir, kimi limon, kimi göyərti, kimi ədviyyat, kimisi isə pendir, toyuq satır. Onlar üçün səhər 7-dən başlayan gün axşam 7-8-də sona çatır. Sorğu zamanı onların uşaqlıqda hansı arzularının olması ilə maraqlandıq. Nəyə görə onlar illərdir ki, bazarda çalışmalı olublar?


56 yaşlı Zərifə Məmmədova artıq 20 ildir ki, Marneuli bazarında işləyir. Onun ən böyük arzusu müəllim olmaq olub. Lakin ailədaxili problemlərə görə o, bu xəyalını həyata keçirə bilməyib. Zərifə 17 yaşı olarkən valideynlərinin istəyi ilə evlənməli olub. İndi gün ərzində Marneuli bazarına gəlir və tərəvəz sataraq ailəsinin ehtiyacını ödəməyə çalışır.

“Oxumaq istəyirdim. Sənət sahibi olmaq, müəllim olmaq istəyirdim. Amma olmadı, elə bütün gün bazardayam”, –
Z.Məmmədova dedi.

“Oxuyan insan olar, oxumayan da bax belə çətinlik çəkər”, – bu sözləri Marneuli bazarında xırdavat satan 50 yaşlı Xuraman İsayeva dedi. O, 2 ildir ki, bazarda çalışır. Həkim olmaq Xuramanın əsas arzularından biri olub. Lakin o, uşaqlıq xəyalını həyata keçirmədən sevdiyi insanla evlənib.

“Stol arxasında oturardım, həkim olardım. Sevgilim var idi, sonra onunla evləndim”, - X.İsayeva dedi.

Gülnarə Xəlilova ömrünün 25 ilini bazarda pendir sataraq keçirib. Həkim olmaq istəyən Gülnarə deyir ki, bu gün bazarda işləmək çox çətindir. O, 15 yaşı olanda ailəsinin istəyi ilə ailə həyatı qurub. Bu gün isə ailənin bütün yükünü öz üzərinə götürüb və hər gün bazarda pendir sataraq ailəsinə, yoldaşına kömək edir.

“Həkim olmaq istəyərdim, amma qoyan olmadı ki, 15 yaşım olanda evləndirdilər. İndi pis oluram, kaş ki, 20 yaşa kimi evdə oturardım, qızlarla gəzərdim, oxuyardım. Amma heç nə görmədim. Çətindir...”,
– G.Xəlilova dedi.



Öz arzularından danışan Zərnişan Əliyeva keçmişi xatırlayaraq kövrəlir, bir az susur, sonra bir də danışmağa davam edirdi. Onun sözlərinə görə, sinfin əlaçı şagirdlərindən olub. Zərnişan mühəndis olmaq istəsə də, atası onun bu istəyinə qarşı çıxıb. O, deyir ki, o zamanlar hər kəs Bakıya gedir və orada təhsilini davam etdirirdi. Lakin Zərnişanın atası o, qız olduğuna görə “Sən qız uşağısan, səni tək hara göndərim?” deyərək təhsil almasına razılıq verməyib. Arzularını həyata keçirə bilməyən Z.Əliyeva 30 ildir bazarda toyuq satır. Amma o, öz təqaüdünü qız nəvələrinə verib və onların təhsil alması üçün əlindən gələni edir.

“Qoymadılar, arzum o idi ki, oxuyum. Amma atam icazə vermədi. Onda burada yox idi oxumaq. Ancaq Bakıda idi. Qohumlarımız da yox idi, gediş-gəliş yox idi. Öz-özümə mühəndis olacağam deyirdim”, – Z.Əliyeva dedi.

Xatırladaq ki, Beynəlxalq Qızlar Gününün 2011-ci il dekabr ayından bir sıra ölkələrdə qeyd olunacağı ilə bağlı qərar verilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib.






FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
“Gürcüstan üçün indi yaxşı
mərhələdir, çünki ölkə tam proporsiyonal seçki sisteminə keçir və
düşünürəm ki, bu proses ölkədəki demokratik institutların inkişafı
üçün irəli atılan addım olacaq və daha çox plyüralizmin yaranmasına
imkan verəcək”, – bu bəyanatı ABŞ-ın Gürcüstandakı
səfi vəzifəsinin icra edən Elizabet Rud USAİD tərəfindən yeni dörd
illik seçki və siyasi proseslər proqramının başladılması ilə bağlı
keçirilən tədbirdə verdi.

“Gürcüstan üçün indi yaxşı mərhələdir, çünki ölkə tam proporsiyonal seçki sisteminə keçir və düşünürəm ki, bu proses ölkədəki demokratik institutların inkişafı üçün irəli atılan addım olacaq və daha çox plyüralizmin yaranmasına imkan verəcək”, – bu bəyanatı ABŞ-ın Gürcüstandakı səfi vəzifəsinin icra edən Elizabet Rud USAİD tərəfindən yeni dörd illik seçki və siyasi proseslər proqramının başladılması ilə bağlı keçirilən tədbirdə verdi.

Bu gün, 18 oktyabr tarixində Marneuli “Çay
Evində” Gürcüstan iqtisadiyyatı, problemlər və onların həlli
yolları ilə bağlı söhbət açıblar.

Bu gün, 18 oktyabr tarixində Marneuli “Çay Evində” Gürcüstan iqtisadiyyatı, problemlər və onların həlli yolları ilə bağlı söhbət açıblar.

Amerika hökuməti Gürcüstanın milli parklarının
qorunması və onların iqtisadi stabilliyinin nail olunması üçün 1.6
milyon dollarlıq beş illik proqrama başlayır.
Amerika hökuməti Gürcüstanın milli parklarının qorunması və onların iqtisadi stabilliyinin nail olunması üçün 1.6 milyon dollarlıq beş illik proqrama başlayır.
“Qara arx “ adlanan su kanalının Marneuli
şəhəri Jordaniya küçəsi ərazisindən keçən hissəsində anti-sanitar
vəziyyəti açıq-aydın görmək mümkündür.
“Qara arx “ adlanan su kanalının Marneuli şəhəri Jordaniya küçəsi ərazisindən keçən hissəsində anti-sanitar vəziyyəti açıq-aydın görmək mümkündür.
Marneuli sakini Kutaisi Beynəlxalq
Aeroportunda problemlə qarşılaşdığını deyir. Sakinin sözlərinə
görə, ailəsi Avropada yaşayır.
Marneuli sakini Kutaisi Beynəlxalq Aeroportunda problemlə qarşılaşdığını deyir. Sakinin sözlərinə görə, ailəsi Avropada yaşayır.
“Marneuli” radiosunun jurnalisti Vladimer
Çxitunidze deyir ki, onun fəaliyyətinə görə onun atası Marneuli
Seçki Dairə Komitəsində xoşagəlməz əməkdaşa çevrilib.
“Marneuli” radiosunun jurnalisti Vladimer Çxitunidze deyir ki, onun fəaliyyətinə görə onun atası Marneuli Seçki Dairə Komitəsində xoşagəlməz əməkdaşa çevrilib.
17 oktyabrda,
axşam saat 10-da Çiaturada, Darkveti mədənində gənc mədənçi həlak
olub. “Corcian Manqanez”ə əsasən 29 yaşlı Q.B. dünyasını
dəyişib.
17 oktyabrda, axşam saat 10-da Çiaturada, Darkveti mədənində gənc mədənçi həlak olub. “Corcian Manqanez”ə əsasən 29 yaşlı Q.B. dünyasını dəyişib.
DİN-nin
məlumatına görə 2018-ci ildə həddi-büluğa çatmamış şəxslərin
evliliyi ilə bağlı 180-ə qədər işlə bağlı istintaq
başlayıb.
DİN-nin məlumatına görə 2018-ci ildə həddi-büluğa çatmamış şəxslərin evliliyi ilə bağlı 180-ə qədər işlə bağlı istintaq başlayıb.