Qızılhacılı erkən müdaxilə mərkəzində vakansiya
Marneulinin
məktəbəqədər hazırlıq mərkəzi, Qızılhacılı erkən müdaxilə
mərkəzində xüsusi ehtiyacı olan uşaqlarla çalışmaq üçün vakansiya
elan olunub.
Qeyd olunan məlumat Marneuli Mülki Məşğulluq Mərkəzinin Facebook
qrupunda yayımlanıb. Çalışmaq üçün gürcü və azərbaycan dillərini
bilmək, eləcə də əlavə pedaqoq təcrübəsi, inkluziv təhsil
istiqamətində məlumatların olması tələb olunur. Xüsusi psixoloq,
tələbə və.s də ola bilər. Seçilən əməkdaş hazırlıq keçəcək. Qrafik
dəyişir, əmək haqqı 480 laridir.
Maraqlanan şəxslər qeyd olunan nömrəyə zəng vura bilərlər: 577 96
24 26 Elnarə Əmiraslanova.