Saimerlo kəndində 87 670 lariyə parkın salınması planlaşdırılır
Yerli özünüidarə Marneuli bələdiyyəsinin Saimerlo kəndində parkın qurulması işləri üçün tender elan edib.

Saimerlo kəndində park mərkəzi stadionun ərazisində salınacaq. İndiki mərhələdə qeyd olunan ərazidə açıq məşqlər üçün məkan yaradılıb.
Layihə sənədlərinə əsasən parkda sürüşkən, yellənçəklər, 12 oturacaq, 7 ədəd zibil qabı və 10 lampa olacaq.

“Qeyd olunan ərazi yaşayış məntəqəsində yerləşir. Parkdan əsasən yerli sakinlər istifadə edirlər. Buradan irəli gələrək layihə yaradılan zaman əsas məsələ yerli sakinlərin tələbinin nəzərə alınması, istirahət, idman, sağlamlıq üçün məkan yaradılması idi”, – layihənin izahatnaməsində qeyd olunub.

Marneuli meriyası Saimerlo kəndində parkın salınması üçün 87 670 lari xərcləməyi planlaşdırır.

Tenderdə iştirak etmək istəyən şirkətlər 6 martdan 9 marta qədər təkliflərini təqdim edə bilərlər.

Tender sənədlərinə görə, qalib şirkət müqavilə bağlandıqdan 90 gün ərzində işləri həyata keçirməlidir.

Print Email
FaceBook Twitter Google