Bələdiyyə Məclisi idmançılara pul mükafatı verilməsi ilə bağlı qərar qəbul edib
Marneuli Bələdiyyə Məclisi Marneulili veteran cüdoçulara pul mükafatı verilməsi ilə bağlı qərar qəbul edib. Söhbət Zaza Davadze və Sandro İakobaşvilidən gedir.

Onlar 2-5 iyun tarixlərində Yunanıstanda keçirilmiş yarışda Avropa çempionu olublar. Qanunverici orqan idmançılara pul ayrılması tələbi ilə meriyaya müraciət edib. Marneuli meri Kənan Ömərov Avropa çempionlarını təbrik edib və onlara karyeralarında uğurlar arzu edib. İclasda İdman Məktəbinin direktoru Mamuka Naveriani də iştirak edirdi. O, qeyd etdi ki, idmançılar indi dünya çempionatına hazırlaşır. Yarış Polşada, sentyabr ayında planlaşdırılır.


“İdmançıların Avropa çempionatına ezamiyyəti planlaşdırılanda göstərilən dəstəyə görə, minnətdarıq. Nəticədən sonra sizin münasibətinizə, aeroportda nümunəvi qarşılamanıza görə minnətdarıq. Marneuli cüdo tarixində mühüm töhfə verdi. Cüdo tarixində ilk dəfə Gürcüstan Milli Yığması Avropa çempionu oldu”
, – Mamuka Naveriani bildirdi.

“Gürcüstana qayıdanda bizi çox böyük heyətin qarşılaması ikiqat sevindirici fakt idi. Çalışacağıq, dünya çempionatında da bu nəticəni qazanaq və hər bir Marneuli sakininə eyni sevinci bəxş edək”, –
Zaza Davadze bildirib.

Bələdiyyənin idmançılara neçə lari mükafat verəcəyi hələ məlum deyil. Qərarı Marneuli meriyası qəbul edəcək.

Bələdiyyə Məclisinin 10 iyun tarixində keçirilən iclasında müzakirə üçün gündəliyə 4 məsələ çıxarıldı. Bələdiyyənin əmlakında olan daşınmaz əmlakın özəlləşdirilməsi siyahısı və planın təsdiqlənməsindən söhbət açıldı. Eləcə də küçədə reklamların yerləşdirilməsi məsələsi də müzakirə olundu. Deputatlar sosial məsələləri də müzakirə ediblər. Bələdiyyə Məclisi üç belə hal müzakirə etdi. İki tibbi ehtiyacın maliyyələşdirilməsi, bir məsələ isə şeirlər kitabının nəşri üçün 200 lari maliyyələşdirmə ilə bağlı idi. Hər dörd məsələ ilə bağlı müsbət qərar qəbul olundu.

Print Email
FaceBook Twitter Google