“Bu ərəfələrdə həmişə bizimlə əlaqə saxlayırlar və deyirlər ki, sürünənlərin sayı çoxalıb, ancaq sadəcə onlarla qarşılaşmaq şansı artıb”- herpetoloq Qiorqi İankoşvili
Son bir həftədə Marneulidə sürünənlərin həyədə peydah olması ilə bağlı üç hal qeydə alınıb. Ola bilsin göstəricilər daha çoxdur, ancaq biz konkret faktları deyən adamlara əsaslanırıq. Marneuli əhalisinin bir qismi düşünür ki, bu il bələdiyyədə müxtəlif növ ilanlar xüsusi ilə artıb. “Marneuli” radiosu İlia Dövlət Universitetinin araşdırmaçısı, Qiorqi İankoşvili ilə müsahibə yazıb. O, bildirdi ki, temperaturun kəskin artması ilə yanaşı sürünənlər də yuvalarından çıxır və əhalinin müraciəti sürünənlərin sayının artması ilə bağlı deyil, bu dövrdə onlara daha çox rast gəlməsi ilə əlaqədardır.

“İlanlar çıxması temperaturun kəskin artması ilə əlaqədardır. Bu il yaz da yay da bir az gec gəldi. Ona görə, ilanlar çox deyildi, ancaq temperatur artanda sürünənlər çıxdı və onlara daha çox rast gəlinir. Əslində ilanların çoxalması kimi məsələ yoxdur. Müəyyən miqdarda arta bilər və ya kiməsə indiyə kimi rast gəlmirdi, indi rast gəlib. Yekun nəticədə, əhalinin rastlaşmasını nəzərə alsaq, ildən ilə çox fərq olmayacaq. Bu ərəfədə həmişə əlaqə saxlayır və deyirlər ki, sürünənlər çoxalıb. Əslində isə rast gəlmək sayı böyükdür. Hər şeydə ehtiyat lazımdır. Təbiətdə ilanlardan daha pis gənələr var və çox sayda, təhlükəli xəstəlik yayırlar. İlanlarla bağlı əlbəttə, ehtiyatlı olmalıyıq. Belə bir şey mövcud deyil ki, hansısa konkret əraziyə gedək və bütün ilanları təbiətdən çıxaraq. Sadəcə hansı növün daha çox problem yaratdığını qeyd edə bilərik. Necə ki, sərçə gəlir və ağaca qonur, ilan da elə sürünüb gələ bilər.”

Araşdırmaçı bildirdi ki, sürünənlərin konkret ərazidə peydah olması, qismən antisanitariya ilə də əlaqədardır. Ancaq bu müəyyən qədər dolayı əlaqədir.

“Burada dolayı təsirdən danışa bilərik. Əgər bu bərk tullantıdırsa ilan ondan yuva kimi istifadə edə bilər. Antisanitariyaya görə, məslən, siçan və ya başqa növlər yayılırsa avtomatik olaraq ilan növləri də arta bilər. Onlar da həmin tullantılarla qidalana bilərlər. Bu əlbəttə dolayı yolla əlaqəlidir. Elə yerlər var ki, antisanitariyadır, daha çox həşərat ola bilər və həmin yerdən qida kimi istifadə edə bilər. Demək olar ki, həmin ərazidə çoxala bilməz, sadəcə çox sayda ilan gələ bilər.”

Gürcüstanda 24 növ ilan yayılıb. Onlardan 8 zəhərlidir və onlardan insan həyatı üçün ən təhlükəli olanı gürzədir. Bunlara əsasən Kaxeti regionunda, Kvemo Kartli və Tbilisinin Cənub-Şərqində yerləşən sahələrdə rast gəlinir.

Print Email
FaceBook Twitter Google