Polis Marneulidə törədilən qətlə görə bir nəfəri həbs edib
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları aparılan operativ tədbirlər nəticəsində qəsdən adamöldürmə və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılma-daşınması ittihamı ilə 2000-ci il təvəllüdlü, keçmişdə müxtəlif cinayətlərə görə mühakimə edilmiş F.D.-nı saxlayıblar. Məlumatı DİN yayıb.

Törədilmiş cinayətə görə 10 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

İstintaq nəticəsində aydın olub ki, müttəhim cari ilin 3 iyul tarixində Marneuli şəhərində odlu silahdan bir neçə dəfə atəş açaraq 1976-cı il təvəllüdlü V.O.-ya xəsarət yetirib.

Aldığı xəsarətlər nəticəsində V.O. xəstəxanada dünyasını dəyişib.

Polislər aparılan istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxsi hadisədən sonra növbəti gün saxlayıblar.

Cinayətdə istifadə olunmuş odlu silah maddi sübut kimi müsadirə olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci və 236-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr qəsdən adamöldürməni və odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması-daşınmasını nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google