Marneulidə klinikalara müraciətlər koronavirusa görə artıb
Marneulidəki “Aversi” klinikasında koronavirusa yoluxmuş 6 nəfər müalicə alır. Klinikanın rəhbəri Manana Kapanadze 6 iyuna olan statistikanı bizə təqdim etdi. O, bildirdi ki, əvvəlki aylarla müqayisədə yoluxma sayı artıb. Xəstələrin vəziyyəti stabildir.

“Bütün ay ərzində 2-3 xəstə olurdu. İndi 6 xəstə var. Dünən Bolnisidən üç nəfəri bizim klinikaya gətiriblər. Onların vəziyyəti stabildir, yalnız bir nəfər ağır vəziyyətdədir”, – Marneulidəki “Aversi” klinikasının meneceri Manana Kapanadze bildirdi.

Koronavirusla bağlı test götürülən tibb müəssisələrindən biri də “Geo Hospitals” klinikasıdır. Klinikadan bildirirlər ki, son bir həftədə onlarda koronavirusa 4 yoluxma halı qeydə alınıb.

Son 24 saat ərzində Gürcüstanda koronavirusa 51 yoluxma halı qeydə alınıb. 95 nəfər sağalıb, 1 nəfər isə dünyasını dəyişib.

Print Email
FaceBook Twitter Google