Meriya Kirovka sakinlərinin kənd toplantısı keçirməsi tələbindən imtina edib
Marneuli bələdiyyəsinin Kirovka kəndinin adının dəyişdirilməsi prosesinə əhalinin qoşulması məqsədi ilə təşəbbüs qrupu yaradılıb. Onlar Marneuli meriyasına məktubla müraciət ediblər.

Təşəbbüs qrupunun üzvləri meriyadan kənd toplantısının keçirilməsini və kəndə veriləcək adın müzakirə olunmasını tələb edirdilər. Amma Marneuli meriyası onlara rədd cavabı verib.

"Salam" platformasının üzvü Aytac Xəlilli bildirdi ki, Yerli Özünüidarə Məcəlləsinə görə, vətəndaşların kənd toplantısı çağırmaq hüququ var. Salam platformasının yazdığı məktuba cavab olaraq isə meriya kənd əhalisinə, müəyyən və qeyri-müvafiq səbəbə görə bu hüququ verməyib.

"Yerli Özünüidarə Məcəlləsində birbaşa yazılıb ki, kənd əhalisinin ümumi toplantı çağırmaq hüququ var. Məcəllədə yazılmış bütün maddələrin hissələrinə xüsusi diqqətlə yanaşırdıq. Ancaq təəssüf ki, rədd cavabı gəldi. Cavabda görünür ki, yerli özünüidarə faktiki olaraq bu hüququ məhdudlaşdırır və əhalinin prosesə qoşulmasını istəmir. O, nəzərdə tutulmuş səlahiyyətlərə göz yumur və əksinə, vətəndaşların bu mexanizmə qoşulmasını məhdudlaşdırır".


Bələdiyyə Məclisinin 19 aprel tarixində keçirilmiş iclasında Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze Kirovka kəndinin adının dəyişdirilməsi ilə bağlı çıxış edib. Beridzenin sözlərinə görə, kənd əhalisi təklif olunan beş addan ikisini seçib. Kənd "Yaşıl təpə" və ya "Dostluq" adlandırılmalı idi. Kirovka sakinlərinin bir qismi üçün bu ad qəbuledilməz idi və onlar kəndin "Mameyi" adlandırılmasını tələb edirdilər.

"Salam"-ın üzvü Aytac Xəlilli bildirdi ki, kəndlərə adın verilməsi prosesində qanuna uyğun olaraq yerli özünüidarə qoşulmalıdır. Müvafiq olaraq onların bu məsələ ilə bağlı toplantı keçirmək öhdəliyi var.

"Belə cavab aldıq, xahiş edirik, Mameyi toponimi haqqında əlavə məlumat verəsiniz, məsələn, Mameyi kim idi. Çox mənasız arqument idi və tələb edirdilər ki, elmi baxımdan Mameyinin hansısa tarixi şəxsiyyət olduğunu, vətən üçün nə isə etdiyini təsdiq edək. Üç bəndlik qeyri-müəyyən sözlərdən ibarət cavab aldıq".


Salam platformasının üzvünün sözlərinə görə, Marneuli meriyasından aldıqları məktub birbaşa əhalinin yerli özünüidarə prosesinə qoşulmasına mane olur və bildirir ki, bu yolla meriya Kirovka sakinləri ilə yanaşı başqa kənd əhalisinə də mesaj göndərdi ki, özünüidarə onları dinləməyəcək.

"Meriyanın belə yanaşması birbaşa əhalinin yerli özünüidarədə iştirakına mane olur. Tez-tez deyirik ki, əhali meriyaya müraciət etməyib və nihilizm təəssüratı var idi. Mənim fikrimcə meriya tərəfindən belə addımların atılması bu gün əhalidə güclü nihilizmə səbəb olub. Bir tərəfdə bütün berketlərdən yararlanmaq, meriya qarşısında sözünü demək istəyən adamlar var. Digər tərəfdə isə meriya dayanır. Meriya özü bu proseslə maraqlanmalıdır. Əksinə, bu prosesə mane olurlar və əsassız, mənasız cavab verirlər. Bu addımla Marneuli meriyası yalnız Mameyi əhalisinə deyil, başqa kənd sakinlərinə də işarə edir ki, onları dinləməyəcəklər. Bu isə yekunda xoşagəlməz nəticəyə səbəb ola bilər".


Aytac Xəlillinin sözlərinə görə, Salam platforması bu gün,18 iyulda Marneuli meriyasına bir daha məktubla müraciət edib. Platformanın gələcək planları da qeyd olunan məktubun cavabından asılı olacaq. O, bildirir ki, meriyadan yenə rədd cavabı alsalar, təşkilat əhalinin tələbinin yerinə yetirilməsi üçün bütün hüquqi yollardan istifadə edəcək.

Print Email
FaceBook Twitter Google